"Rüzgar"ı öldürən əmisi anlaqlı olmayıb? - MƏHKƏMƏ

"Rüzgar"ı öldürən əmisi anlaqlı olmayıb? - MƏHKƏMƏ

Hazırda oxunan: "Rüzgar"ı öldürən əmisi anlaqlı olmayıb? - MƏHKƏMƏ
604517
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Bakının mərkəzində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media “Lent.az”a istinadən xəbər verir ki, müdafiə vəkili vəsatət verərək, təqsirləndirilən İbadov Babəkin anlaqlı durumda olub olmaması ilə bağlı yenidən ekspertiza keçirilməsini istəyib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi vəsatətin təmin olunmadığını elan edib.

Müdafiə vəkilinin daha sonra qaldırdığı təkrar kriminalistik ekspertizanın keçirilməsi ilə bağlı vəsatəti təmin olunmayıb.
 

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Növbəti proses 13 aprel saat 10:45-ə təyin olunub. Xatırladaq ki, hadisə 2025-ci ilin 6 noyabr tarixində Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.


2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov bıçaqlanaraq öldürülüb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov tutulub.

Qətlə yetirilən Yasin İbadovun LGBT nümayəndəsi olduğu bildirilir. O, "Rüzgar" ləqəbi ilə tanınırmış.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb, B. İbadova Cinayət Məcəlləsinin 120.2.2 120.2.4 221.3 228.5 maddələri ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO