Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO

Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO

Hazırda oxunan: Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO
604144
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə Nazirliyi tərəfindən yeni hərbi obyektlər istifadəyə verilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbər heyəti Mühəndis Qoşunlarının Mühəndis-İstehkam Mərkəzinin, Psixoloji Təminat İdarəsi və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin, eləcə də Hüquq İdarəsinin inzibati binalarının açılışında iştirak edib.


Həmçinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecində və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Təcili tibbi yardım bölməsində görülən işlərlə tanış olub.

Yeni istifadəyə verilən Mühəndis-İstehkam Mərkəzində kiçik mütəxəssislərin hazırlanması və ərazinin minalardan təmizlənməsi üçün müasir standartlara cavab verən simulyator sistemləri quraşdırılıb.
 

Mərkəzin ərazisində yaradılan şəraitlə tanış olan heyət yanğınsöndürmə deposuna, qarovul otağına, avtomobil parkına, mühəndis döyüş sursatları, hərbi-texniki əmlak, raket-artilleriya silahları, sursat və əşya anbarlarına, eləcə də Mühəndis Qoşunlarının poliqonunda döyüş hazırlığı prosesində istifadə olunan təlim yerlərinə baxış keçirib.


Əlavə olaraq, rəhbər heyətə mərkəzin maddi-texniki təminatının gücləndirilməsi məqsədilə yeni alınmış mühəndis silahlandırma vasitələri və müasir mexaniki minatəmizləmə avadanlıqları nümayiş etdirilib, onların taktiki-texniki xüsusiyyətləri və tətbiq imkanları barədə ətraflı məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyətinin psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə aparılan ştat-struktur islahatları çərçivəsində yeni yaradılan Psixoloji Təminat İdarəsinin və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin əsaslı təmir olunmuş inzibati binaları istifadəyə verilib.

Burada psixoloji xidmətin spesifik tələbləri əsas götürülərək şəxsi heyətin psixoloji dözümlülüyünün artırılması və posttravmatik vəziyyətin bərpası məqsədilə xüsusi terapiya otaqları, eləcə də hərbi psixoloqların hazırlığı və metodiki sənədləşmənin aparılması üçün iş otaqları yaradılıb.
 

Regionda ilkin təcrübəyə malik olan, hərbi və mülki psixoloqların birgə fəaliyyət göstərəcəyi mərkəz Azərbaycan Ordusunun hərbi qulluqçularının və onların ailə üzvlərinin psixoloji rifahının qorunması və inkişaf etdirilməsinə xidmət edəcək.


Yeni təsis edilmiş mərkəzdə fərdi və qrup psixoterapiyası, psixoloji diaqnostika, konsultasiya, stress və travma sonrası psixoloji reabilitasiya, həmçinin uşaq və yeniyetmələrin psixoloji inkişafının dəstəklənməsi məqsədilə zəruri xidmətlərin göstərilməsi də nəzərdə tutulub.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi Hüquq İdarəsinin yeni istifadəyə verilmiş inzibati binasının açılışında olub.

Burada rəhbər heyətə məlumat verilib ki, Hüquq İdarəsi müxtəlif hərbi hüquqi məsələləri tənzimləyən və müdafiə sahəsindəki qanunvericiliyə uyğun fəaliyyət göstərən bir qurumdur.

İdarə, Azərbaycan Ordusunun şəxsi heyətinə hüquqi məsləhətlərin verilməsi, hərbi cinayətlərə qarşı mübarizə, eləcə də beynəlxalq hüquq məsələlərini tənzimləyir.

Hüquq İdarəsinin fəaliyyətinin əsas məqsədi, Müdafiə Nazirliyinin tabeliyində olan qoşun və qüvvələrin fəaliyyətini hüquqi baxımdan dəstəkləmək və mövcud qanunlara riayət olunmasını təmin edəcək.

Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO - foto 1
Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO - foto 2
Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO - foto 3
Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO - foto 4
Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO - foto 5
Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO - foto 6
Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO - foto 7
Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO - foto 8
Azərbaycan Ordusunun yeni hərbi obyektləri istifadəyə verildi – FOTO - foto 9

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO