Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR

Hazırda oxunan: Yeni nazir müavini bu tanınmış şəxsin OĞLUDUR
602624
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Rəşad Müsəllim oğlu Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Bizim.Media xəbər verir ki, Rəşad Həsənov tanınmış jurnalist, ssenarist, Azərbaycanın əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun oğludur.
 

MÖVZU İLƏ BAĞLI: 

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunan Rəşad Həsənov kimdir? – DOSYE


Rəşad Həsənov bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışırdı.

Qeyd edək ki, tanınmış jurnalist Müsəllim Həsənov 1985-1989-cu illərdə "Azərnəşr"də çalışıb.

"Yeni fikir" qəzetində şöbə müdiri, redaktor müavini olub. 1997-ci ildə isə "Panorama" qəzetində şöbə müdiri vəzifəsində işləyib.

1997-2000-ci illərdə Baş Prokurorluğun mətbuat xidmətinə rəhbərlik edib. Sonrakı illərdə "Bizim əsr" və “Yeni yüzil” qəzetlərində çalışıb. 2010-2013-cü illərdə isə İctimai Televiziyada redaktor vəzifəsində işləyib.

2014-cü ildən Bakı Media Mərkəzinin redaktorudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO