Azərbaycanda tanınmış həkimin oğlu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ: Türkiyədən yenicə qayıdıbmış - FOTO

Azərbaycanda tanınmış həkimin oğlu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ: Türkiyədən yenicə qayıdıbmış - FOTO

Hazırda oxunan: Azərbaycanda tanınmış həkimin oğlu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ: Türkiyədən yenicə qayıdıbmış - FOTO
601760
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsindən sonra dünyasını dəyişən 25 yaşlı Ümid Nicat oğlu Möhübbətovla bağlı bəzi detallar məlum olub.

Bizim.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Separadi kəndi ərazisində, körpü üzərində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Masallı rayonu Mahmudavar kənd sakini 2005-ci il təvəllüdlü Sultan İlkin oğlu Hacıyevin idarə etdiyi "Hyundai Sonata" markalı avtomobilin 20 metr hündürlükdən çaya düşməsi nəticəsində sərnişin qismində olan həmyerlisi 21 yaşlı Ümid Nicat oğlu Möhübbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 

O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da xəsarətləri ağır olub və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü isə Reanimasiya şöbəsinə yerləşdirilib.


Məlum olub ki, həyatını itirən gəncin Masallı rayonunun tanınmış həkimlərindən biri olan Nicat Möhübbətovun övladı imiş. O, Türkiyədə təhsil alırmış və bir müddət əvvəl ölkəyə qayıdıbmış.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda tanınmış həkimin oğlu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ: Türkiyədən yenicə qayıdıbmış - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO