Xanım tanışını gecə evlərinə gətirdi, atasını döydü - Həbs edildi

Xanım tanışını gecə evlərinə gətirdi, atasını döydü - Həbs edildi

Hazırda oxunan: Xanım tanışını gecə evlərinə gətirdi, atasını döydü - Həbs edildi
601451
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göygöl rayonunda atasına qarşı xuliqanlıq hərəkətləri etmiş gənc həbs olunub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Göygöl şəhərinin S.Hacıyev küçəsində baş verib.

2005-ci il təvəllüdlü T.Əliyev (şərti) gecə saat 24:00 radələrində uca səslə səs-küy salıb söyüş söydüyünə və atasını döydüyünə görə inzibati məsuliyyətə cəlb edilib. Polis əməkdaşları tərəfindən saxlanılan gənc barəsində protokol tərtib olunub.
 

Məlum olub ki, T.Əliyev həmin gecə xanım tanışı ilə kafedə məclisdə iştirak edib. O, daha sonra sərxoş halda qızla birgə yaşadığı evə gəlib. T.Əliyev atasına həmin qızın qalmağa yerinin olmadığını deyib və onlarda gecələyəcəyini bildirib.


Bu zaman atası ona etiraz edib və aralarında münaqişə yaranıb. Münaqişə zamanı həm oğul, həm də atası xəsarətlər alıb.

Protokola Göygöl Rayon Məhkəməsində baxılıb və müvafiq qərarla 21 yaşlı oğlan 10 sutkalıq həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO