Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Hazırda oxunan: Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO
598643
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün növbəti köç karvanı ilə Xocavənd şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Bizim.Media xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumatlandırılıblar.

Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.
 

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.


Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər.

Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 1
Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 2
Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 3
Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 4
Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 5
Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 6
Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 7
Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO - foto 8

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO