Saxta “televiziya əməkdaşı” tutuldu - Obyektlərdən pul tələb edirmiş - FOTO

Saxta “televiziya əməkdaşı” tutuldu - Obyektlərdən pul tələb edirmiş - FOTO

Hazırda oxunan: Saxta “televiziya əməkdaşı” tutuldu - Obyektlərdən pul tələb edirmiş - FOTO
598288
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polis əməkdaşları tərəfindən tamah məqsədilə şantaj xarakterli, həqiqətə uyğun olmayan məlumatların qərəzli şəkildə yayılmasına qarşı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, özünü ölkə ərazisində yayımlanan televiziya kanallarından birinin əməkdaşı kimi təqdim edərək müxtəlif müəssisə və obyektlərdən pul tələb edilməsi ilə bağlı daxil olan şikayətlər əsasında 34 yaşlı Şəhriyar Həsənzadə Lənkəran şəhərində saxlanılıb.
 

Araşdırmalar nəticəsində müəyyən olunub ki, o, müəssisə və təşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq guya onların işgüzar nüfuzuna xələl gətirən reportaj hazırladığını bildirib, həmin materialların televiziya və sosial şəbəkələrdə yayımlanmaması müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.


Şəhriyar Həsənzadənin qanunsuz hərəkətləri ilə bağlı araşdırmalar və digər tədbirlər davam etdirilir.

Saxta “televiziya əməkdaşı” tutuldu - Obyektlərdən pul tələb edirmiş - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO