Premium parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzalandı - “Kristal!”

Premium parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzalandı - “Kristal!”

Hazırda oxunan: Premium parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzalandı - “Kristal!”
598280
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Kristal” və "HARO" şirkəti arasında memorandum imzalanıb.

Tikinti və daşınmaz əmlak sektorunda fəaliyyət göstərən “Kristal” ilə Almaniyanın premium parket və laminat bazarında TOP istehsalçılardan biri olan "HARO" arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Premium parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzalandı - “Kristal!” - foto 1


Görüş çərçivəsində tərəflər arasında “Kristal”ın şəhər layihələrinin laminat və parket alışlarını əhatə edən razılaşma əldə olunub. Memorandum “Kristal”ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və "HARO" şirkətinin İcraçı direktoru Gerold Schmidt tərəfindən imzalanıb.

Razılaşmaya əsasən, əməkdaşlıq hazırda “təmiri davam edən” mərhələdə olan layihələri əhatə edir. Çərçivə sazişi üzrə alınacaq premium laminat və parket məhsulları “Kristal”ın “City Garden Narimanov”, “Park Yasamal” və “Highland Residence” layihələrində tətbiq olunacaq.

"HARO"dan alınacaq premium laminat və parket məhsulları mənzillərin döşəmə örtüklərində tətbiq olunacaq və layihələrdə keyfiyyət standartlarının daha da yüksəldilməsinə xidmət edəcək.

Premium parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzalandı - “Kristal!” - foto 2


Bu əməkdaşlıq tikinti materiallarının təchizatında davamlı və sistemli yanaşmanın formalaşdırılmasına, eləcə də beynəlxalq keyfiyyət standartlarına uyğun məhsulların yerli layihələrdə istifadəsinə şərait yaradacaq.

Premium parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzalandı - “Kristal!” - foto 3


Şirkət haqqında

"HARO" Almaniyada fəaliyyət göstərən və uzunillik təcrübəyə malik döşəmə örtükləri istehsalçısıdır. Şirkət premium laminat və parket məhsullarının istehsalı üzrə ixtisaslaşmaqla yanaşı, Almaniyanın TOP parket və laminat  istehsalçılardan biri olaraq, məhsulları bir sıra ölkələrdə geniş tətbiq olunur. Keyfiyyət, davamlılıq və müasir dizayn həlləri şirkətin əsas prioritetləri sırasında yer alır.

İmzalanmış memorandum tərəflər arasında uzunmüddətli əməkdaşlığın əsasını qoyur və “Kristal”ın həyata keçirdiyi layihələrdə beynəlxalq istehsalçı məhsullarının istifadəsini nəzərdə tutur.

//www.youtube.com/watch?v=BZ8ph8EE7aY

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO