Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO

Hazırda oxunan: Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO
598186
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 24-də Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər ediblər.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva və Alena Əliyeva Quba şəhərində internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər.

Əvvəlcə Quba şəhər ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinə baş çəkilib. Bildirilib ki, burada 79-u oğlan, 35-i qız olmaqla 114 məktəbli təhsil alır.

Leyla Əliyeva və Alena Əliyeva internat məktəbində yaradılan şəraitlə tanış olub, uşaqlarla səmimi söhbət edib, onların məşğələ proseslərini izləyib, fotolar çəkdirib və şagirdlərə məktəbli ləvazimatları təqdim ediblər. Məktəbdə şagirdlər tərəfindən hazırlanan mədəni proqram təqdim olunub, şeirlər səsləndirilib, mahnılar ifa olunub.
 

Daha sonra Quba STEAM mərkəzi ziyarət olunub. Mərkəzlə tanışlıq zamanı xatırladılıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində 2019-cu ildən etibarən STEAM (Science, Technology, Engineering, Art, Mathematics) layihəsinin geniş tətbiqinə başlanılıb.


Qeyd olunub ki, STEAM mərkəzi Qubada 2021-ci ildən fəaliyyət göstərir və bütün yaş qrupları üçün nəzərdə tutulub. Leyla Əliyeva və Alena Əliyeva mərkəzdə yaradılan şəraitlə yaxından tanış olub, şagirdlərlə səmimi söhbət aparıb, onların burada əldə etdikləri bilik və bacarıqların praktiki tətbiqi ilə maraqlanıblar.

Sonda uşaqlar və məktəbin kollektivi ilə xatirə şəkilləri çəkdirilib.

Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO - foto 1
Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO - foto 2
Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO - foto 3
Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO - foto 4
Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO - foto 5
Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO - foto 6
Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO - foto 7
Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO - foto 8
Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO - foto 9
Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO - foto 10
Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO - foto 11
Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO - foto 12
Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO - foto 13
Leyla Əliyeva və Alena Əliyeva Qubada STEAM mərkəzində - FOTO - foto 14

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO