Şəhid Nail Dənziyev son mənzilə yola salındı – FOTO

Şəhid Nail Dənziyev son mənzilə yola salındı – FOTO

Hazırda oxunan: Şəhid Nail Dənziyev son mənzilə yola salındı – FOTO
597192
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lerik rayonunun Mastail kəndində doğulan, 1974-cü il təvəllüdlü Nail Fahil oğlu Dənziyevin qalıqları 34 ildən sonra müəyyən edilib.

Gənc yaşlarında hərbi xidmətə çağırılan Nail Dənziyev 1992-ci ilin sentyabrında Ağdərə rayonu ərazisində, Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı itkin düşmüşdü. Uzun müddət davam edən axtarış və araşdırmalar nəticəsində ona məxsus qalıqlar aşkarlanaraq ailəsinə təqdim olunub.

Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları rayonun Mastail kənd qəbiristanlığında torpağa tapşırılıb.

Subay olan Nail Dənziyev vətən qarşısında xidmətini yerinə yetirərkən itkin düşmüş, 13 fevral 1997-ci ildə ona rəsmi şəkildə şəhid statusu verilmişdi.

Şəhid Nail Dənziyev son mənzilə yola salındı – FOTO - foto 1
Şəhid Nail Dənziyev son mənzilə yola salındı – FOTO - foto 2
Şəhid Nail Dənziyev son mənzilə yola salındı – FOTO - foto 3
Şəhid Nail Dənziyev son mənzilə yola salındı – FOTO - foto 4


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO