Şəkidə 33 mindən çox abonent qazsız qalacaq

Şəkidə 33 mindən çox abonent qazsız qalacaq

Hazırda oxunan: Şəkidə 33 mindən çox abonent qazsız qalacaq
596883
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qaz İxrac İdarəsi tərəfindən rayonun Cəfərabad kəndi ərazisindəki QPS-də ölçü kameralarının baypas xətləri üzərinə əlavə kran və flansların quraşdırılması nəzərdə tutulur.  

Bizim.Media-nın yerli bürosu  Zaqatala Regional Qaz İstismar İdarəsinə istinadən bildirir ki, bu gün saat 11:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bildirilib ki, dayandırılma Şəki şəhəri və 32 kəndi əhatə edəcək, ümumilikdə 32 525 əhali və 546 qeyri-əhali abonentinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.

Bundan əlavə, Şəkinin Ə.Əliyev küçəsində – “Kaskad” MMC-nin qarşısından keçən diametri 76 mm və 57 mm olan qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar fevralın 18-də saat 10:00-dan etibarən F.Əbdürəhmanov və B.Vahabzadə küçələrində 442 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO