Nəsimi Nəbizadə ilə gündəmə gələn mərkəzin fəaliyyəti DAYANDIRILDI

Nəsimi Nəbizadə ilə gündəmə gələn mərkəzin fəaliyyəti DAYANDIRILDI

Hazırda oxunan: Nəsimi Nəbizadə ilə gündəmə gələn mərkəzin fəaliyyəti DAYANDIRILDI
596528
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Barəsində cinayət işi başlanılmış "Qurtuluş" Reabilitasiya Mərkəzi fəaliyyətini dayandırıb.

Bizim.Media xəbər verir ki, mərkəzin Sumqayıt şəhərinin Corat qəsəbəsi, Qurd dərəsi yaşayış massivi və Abşeron rayonunun Novxanı qəsəbəsində olan müalicə korpusları rəsmən fəaliyyətini dayandırıb.

Müəssisədə müalicə olunan şəxslərin hamısı ailələrinə təhvil verilib, korpusların yerləşdiyi hər 3 binaya giriş qadağan edilib.

Xatırladaq ki, bir müddət əvvəl "Qurtuluş" reabilitasiya mərkəzi barədə daxil olan valideyn müraciəti əsasında Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.
 

Araşdırmalar zamanı mərkəzdə xəstələrin qanunsuz saxlanılması və işgəncə verilməsi faktları aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Başlanılmış cinayət işi üzrə mərkəzin rəhbəri Ceyhun Salmanov və müəssisənin iki əməkdaşı saxlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO