Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO

Hazırda oxunan: Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO
596298
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən rayon ərazisində hüquqpozmalara qarşı növbəti profilaktik tədbir keçirilib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, tədbirlər zamanı məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, qanunsuz küçə ticarəti, xırda xuliqanlıq, məişət səs-küyü və digər qanun pozuntuları ilə əlaqədar faktlar aşkarlanıb.

Spirtli içki və narkotiklərin təsiri altında avtomobil idarə edən və dayanma-durma qaydalarını pozan sürücülər barəsində də inzibati tədbirlər görülüb. “Əcəmi dairəsi” və digər ərazilərdə keçirilən tədbirlərlə avtoxuliqanlıq, həmçinin konstruksiya dəyişikliyinə yol verən sürücülər də müəyyən olunub. Qayda pozan sürücülər barəsində qanunvericiliyin tələbinə uyğun məsuliyyət tədbirləri görülüb.

Rayon ərazisində avtobus və ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə də profilaktik tədbirlər həyata keçirilib.

Nəsimi rayonunda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.


Paytaxtda REYD: qayda pozanlar cərimələndi - FOTO/VİDEO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO