Azərbaycan səması onlara əmanətdir – FOTO

Azərbaycan səması onlara əmanətdir – FOTO

Hazırda oxunan: Azərbaycan səması onlara əmanətdir – FOTO
596174
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaradılmasının 107-ci ildönümü qeyd olunur. Ölkənin hava məkanının qorunması, strateji və operativ tapşırıqların icrası məqsədilə formalaşdırılan HHQ Azərbaycan Ordusunun ən mühüm tərkib hissələrindən biridir.

Hərbi Hava Qüvvələri aviasiya bölmələri, hava hücumundan müdafiə vasitələri, radar sistemləri və digər yardımçı strukturları özündə birləşdirir. Maddi-texniki imkanlar baxımından Azərbaycan HHQ-ləri Cənubi Qafqaz regionunda öncül mövqelərdən birini tutur. Azərbaycan pilotları MDB məkanında ən çox uçuş həyata keçirən pilotlar sırasında yer alır.
 

Son illər ərzində aparılan islahatlar, həmçinin beynəlxalq əməkdaşlıq HHQ-nin döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına şərait yaradıb. Gələcək dövrdə qüvvələrin daha da modernləşdirilməsi, yerli istehsal imkanlarının genişləndirilməsi və yeni texnologiyaların tətbiqi nəzərdə tutulur.


Azərbaycan Hərbi Hava Qüvvələrinin şəxsi heyəti 44 günlük Vətən müharibəsində və digər əməliyyatlarda göstərdiyi yüksək peşəkarlığı bundan sonra da davam etdirməyə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin istənilən döyüş əmrini hər an yerinə yetirməyə hazırdır.

Bizim.Media “Azərtac.az”a istinadən Azərbaycan Hərbi Hava Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə bağlı fotoları təqdim edir:

Azərbaycan səması onlara əmanətdir – FOTO - foto 1
Azərbaycan səması onlara əmanətdir – FOTO - foto 2
Azərbaycan səması onlara əmanətdir – FOTO - foto 3
Azərbaycan səması onlara əmanətdir – FOTO - foto 4
Azərbaycan səması onlara əmanətdir – FOTO - foto 5
Azərbaycan səması onlara əmanətdir – FOTO - foto 6
Azərbaycan səması onlara əmanətdir – FOTO - foto 7
Azərbaycan səması onlara əmanətdir – FOTO - foto 8
Azərbaycan səması onlara əmanətdir – FOTO - foto 9
Azərbaycan səması onlara əmanətdir – FOTO - foto 10

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO