Bakıda tələbə qız bacısını bıçaqladı

Bakıda tələbə qız bacısını bıçaqladı

Hazırda oxunan: Bakıda tələbə qız bacısını bıçaqladı
595622
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fəridə Baxışovanın (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmənin sonuncu iclasında hökm oxunub, müttəhimə şərti cəza verilib.

İttiham aktına əsasən, hadisə 3 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində Bakının Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, Fəridə Baxışova onunla eyni ünvanda yaşayan bacısı, zərərçəkmiş Zəminə Baxışovanı (adı, soyadı şərtidir - red.) bıçaqlayıb.
 

Tərəflər arasında münasibətlərin pozulmasına zərərçəkmişin təqsirləndirilən şəxsə məxsus əşyalardan onun icazəsi olmadan istifadə etməsi olub. Mübahisə zamanı Fəridə əsəbiləşərək mətbəx bıçağını götürüb və bacısına qəsdən iki dəfə zərbə endirib.


F.Baxşıova bacısının sağlamlığına qəsdən ağır zərər vurmaqda ittiham edilib və onun barəsində qanunvericiliyə uyğun olaraq cinayət işi başlanıb. İstintaq dövründə Fəridə Baxışovanın barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdi.

Fəridə Baxışova Bakıda, bacısı Zəminə Baxışova isə Türkiyədə universitetlərin birində ali təhsil alır. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO