Xankəndidə qış məktəbi fəaliyyətə başladı – FOTO

Xankəndidə qış məktəbi fəaliyyətə başladı – FOTO

Hazırda oxunan: Xankəndidə qış məktəbi fəaliyyətə başladı – FOTO
595454
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubunun təşəbbüsü və təşkilatçılığı ilə “Xankəndi Sosial İş Qış Məktəbi” fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, Xankəndi şəhərində təşkil olunan qış məktəbində Azərbaycan Universitetindən 22, Qarabağ Universitetindən 30 tələbə olmaqla ümumilikdə 52 tələbə, Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimləri Ayxan Şahbazsoy, Mariya Davidova, Sara Ağayeva və Sosial iş üzrə mütəxəssis Emin Məmmədov iştirak edirlər.

Layihənin proqramına sosial işin aktual mövzuları ilə bağlı təlimlərlə yanaşı, ekskursiyalar, tarixi və mədəni yerlərə ziyarətlər, keçmiş məcburi köçkünlərlə görüşlər də daxil edilib.

Dörd gün davam edəcək qış məktəbinin məqsədi tələbələrin sosial iş sahəsində bilik və təcrübələrinin artırılması, iştirakçılar arasında təcrübə paylaşımı və şəbəkələşmənin gücləndirilməsi, tarixi-mədəni məkanların ziyarəti və qeyri-formal təcrübələr ilə sosial işin praktik tətbiq imkanlarının zənginləşdirilməsi, eləcə də keçmiş məcburi köçkünlərlə birbaşa ünsiyyət quraraq onların sosial vəziyyətinin öyrənilməsidir. Sosial iş sahəsinin aktual nəzəri və praktiki aspektlərini əhatə edən təlimlərdə iştirakçılara sosial layihələrin hazırlanması, icrası və monitorinqi üzrə mövzular da tədris olunacaq.

Qış məktəbinin birinci günündə iştirakçılar üçün şəhər turu təşkil olunub, həmçinin onlar Xankəndi şəhərinə köçürülmüş keçmiş məcburi köçkünlərlə görüşüblər. Gün Sosial işin təşkili kafedrasının müəllimi Ayxan Şahbazsoyun “Post-münaqişə dövründə sosial işdə peşəkar dəyərlər və etik prinsiplər” adlı təlimi ilə yekunlaşıb.

“Xankəndi Sosial iş Qış Məktəbi” fəaliyyətini Şuşa, Laçın və Ağdamda davam etdirəcək. Qış məktəbinin son günündə Ağdam rayonunun Quzanlı kəndində yerləşən Sosial Xidmət Mərkəzinə ziyarət planlaşdırılır.

Xankəndidə qış məktəbi fəaliyyətə başladı – FOTO - foto 1
Xankəndidə qış məktəbi fəaliyyətə başladı – FOTO - foto 2
Xankəndidə qış məktəbi fəaliyyətə başladı – FOTO - foto 3
Xankəndidə qış məktəbi fəaliyyətə başladı – FOTO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO