Astarada torpaq sürüşməsi olub - FOTO

Astarada torpaq sürüşməsi olub - FOTO

Hazırda oxunan: Astarada torpaq sürüşməsi olub - FOTO
594939
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astara rayonunda torpaq sürüşməsi baş verib.

Bizim.Media "Report"-a istinadən xəbər verir ki, hadisə rayonun Vaqo kəndində qeydə alınıb.

Sürüşmə nəticəsində çay kənarındakı beton bəndlər uçub, həmçinin kənd yolunun bir hissəsi dağılıb.
 

Hadisə ilə əlaqədar əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür, texnika vasitəsi ilə çayın məcrası dəyişdirilir. Bundan başqa, sürüşmə səbəbindən ensizləşən yolda təhlükəsizlik tədbirləri görülür.


Astara Su Melorasiya Sistemləri İdarəsinin baş mühəndisi Fərid Yusifov bildirib ki, yaranmış problemin aradan qaldırılması o qədər də asan deyil.

"Layihə İnstutunun və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri ərazidə layihələndirmə işləri həyata keçirməlidirlər. Torpağın eroziyaya uğraması nəticəsində ötən əsrin 70-ci illərində tikilmiş bust bəndlərin 17 ədədi çaya aşıb, digər beş bəndə isə ciddi ziyan dəyib. İdarənin mütəxəssisləri əraziyə təhkim olunublar. Hazırda əraziyə daxil olaraq bust bəndlərin ətrafının təmizlənməsi üçün ekskovator vasitəsilə çay məcrasının səmti dəyişdirilir".

Astarada torpaq sürüşməsi olub - FOTO - foto 1
Astarada torpaq sürüşməsi olub - FOTO - foto 2
Astarada torpaq sürüşməsi olub - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO