Təranə Salıfova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Təranə Salıfova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Təranə Salıfova yüksək vəzifəyə TƏYİN EDİLDİ
594387
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni kadr təyinatı olub.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, İqtisad üzrə fəlsəfə doktoru Təranə Salıfova Mərkəzin icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Təranə Salıfova Bakı Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə ikinci ali təhsil alıb. 2016–2019-cu illərdə isə doktorantura təhsilini başa vurub. 2021-ci ildə fəlsəfə doktoru proqramı üzrə dissertasiya işini müdafiə edib.

Təranə Salıfova 2011–2023-cü illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda baş mütəxəssis, böyük elmi işçi, şöbə müdiri və elmi katib vəzifələrində çalışıb.
 

2023-cü ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri, həmin ilin sentyabr ayından Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri vəzifələrində çalışıb. 2024-cü ilin avqust ayında Mərkəzin icraçı direktorunun müşaviri vəzifəsinə təyin olunub.


Elmi-pedaqoji fəaliyyətlə də məşğul olan Təranə Salıfova 2020–ci ildən etibarən Biznesin İdarə Edilməsi (MBA) və SABAH magistratura qruplarında tədris aparır. O, yerli və beynəlxalq mətbuatda dərc olunmuş 25-dən çox elmi və publisistik məqalə və tezisin müəllifidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO