“Krevetka”da nöqsanlar aşkarlandı – FOTO

“Krevetka”da nöqsanlar aşkarlandı – FOTO

Hazırda oxunan: “Krevetka”da nöqsanlar aşkarlandı – FOTO
592412
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sosial şəbəkədə saxta, süni krevetkaların satışının həyata keçirilməsi barədə yayılan məlumatla bağlı araşdırma aparıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, istehlakçıdan əldə edilən məlumat əsasında məhsulun Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 3-cü mikrorayon, ev 5A ünvanında fiziki şəxs Qasımov Tamerlan Şükrət oğluna məxsus “Krevetka” mağazasından alındığı və müvafiq idxal sağlamlıq aktı ilə təmin edildiyi məlum olub.
 

Məhsulun satışının həyata keçirildiyi qida obyektində plandankənar yoxlama aparılıb. Yoxlama zamanı yayılan videoməlumatdakı məhsulla eyni əmtəə nişanlı ümumi çəkisi 28 kiloqram dondurulmuş (soyulmuş, kəsilmiş) krevetka məhsulu müəyyən edilib. Mikrobioloji və tərkib elementlərinin yoxlanılması məqsədilə məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.


Yoxlama zamanı qida obyektində müvafiq icazə sənədləri olmayan və qanunvericiliyin tələblərinə uyğun etiket və markalanma ilə təmin edilməyən ümumi çəkisi 30 kiloqram yerli krevetka məhsulu da aşkarlanaraq satışdan kənarlaşdırılıb.

Nöqsanlarla bağlı mağaza rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.

“Krevetka”da nöqsanlar aşkarlandı – FOTO - foto 1
“Krevetka”da nöqsanlar aşkarlandı – FOTO - foto 2
“Krevetka”da nöqsanlar aşkarlandı – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO