“Bir səhv etmişdi, başa düşdü, gətirib qaytardı” - VİDEO

“Bir səhv etmişdi, başa düşdü, gətirib qaytardı” - VİDEO

Hazırda oxunan: “Bir səhv etmişdi, başa düşdü, gətirib qaytardı” - VİDEO
591646
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər Sumqayıtda küçə ticarətinə qarşı keçirilən reyd zamanı çəkilən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

Bizim.Media xəbər verir ki, xüsusilə həmin kadrlarda icra nümayəndəsinin satıcının məhsulunu müsadirə etməsi və onunla ünsiyyət tərzi geniş müzakirələrə səbəb olub.
 

Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına, yaxud işlərin və xidmətlərin göstərilməsinə görə 80 manat məbləğində cərimə nəzərdə tutulur.


O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim qərarı ilə tətbiq edilə bilər. Bu halda isə məhsullar inzibati xətanın bilavasitə obyekti hesab olunduğundan onların müsadirəsi yalnız məhkəmə qərarı əsasında mümkündür.

Satıcı Nəbi Məmmədovun sözlərinə görə, müsadirə olunan meyvələr sonradan ona geri qaytarılıb:

“Bir səhv etmişdi, özü də başa düşdü. Gətirib qaytardı. Əgər səhvini anlamasaydı, qaytarmazdı”.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO