Novxanıda fəaliyyət göstərən kəsim məntəqəsində nöqsanlar AŞKARLANDI - FOTO

Novxanıda fəaliyyət göstərən kəsim məntəqəsində nöqsanlar AŞKARLANDI - FOTO

Hazırda oxunan: Novxanıda fəaliyyət göstərən kəsim məntəqəsində nöqsanlar AŞKARLANDI - FOTO
591165
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mediada yayımlanan məlumatlar əsasında Abşeron rayonunun Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Qulu Salman oğlu Quliyevə məxsus kəsim məntəqəsində plandankənar yoxlama keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl olunmadığı aşkarlanıb. Belə ki, ölçmə vasitələrinin yoxlanmadan keçməsini təsdiq edən sənədlər təqdim edilməyib. Eyni zamanda, müəssisədə tullantı sularının kanalizasiya sisteminə axıdılmazdan əvvəl müvafiq qurğular vasitəsilə təmizlənmədiyi müəyyən edilib. Müəssisədə dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı, işçilərin əksəriyyətinin xüsusi geyim forması ilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Müəyyən edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tətbiq edilib. Qeyd edilən nöqsanların aradan qaldırılması üçün işlərə başlanılıb.

Novxanıda fəaliyyət göstərən kəsim məntəqəsində nöqsanlar AŞKARLANDI - FOTO - foto 1
Novxanıda fəaliyyət göstərən kəsim məntəqəsində nöqsanlar AŞKARLANDI - FOTO - foto 2
Novxanıda fəaliyyət göstərən kəsim məntəqəsində nöqsanlar AŞKARLANDI - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO