“Partlayış baş verən dönərxanada qaz xətti olmayıb” -

“Partlayış baş verən dönərxanada qaz xətti olmayıb” - "Azəriqaz"

Hazırda oxunan: “Partlayış baş verən dönərxanada qaz xətti olmayıb” - "Azəriqaz"
59058
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Nərimanov rayonu ərazisində partlayış baş verən dönərxanada qaz xətti yoxdur.

Bizim.Media xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Dönərxanadakı yanğın söndürüldü - YENİLƏNİB 


O bildirib ki, həmin obyekt qaz xətti ilə təchiz edilməyib.

"Obyektdə qaz xətti olmayıb. Həmin obyektdə propan qaz balonundan istifadə edilib",-deyə E. Vəliyev qeyd edib.

Xatırladaq ki, bu gün günorta saatlarında Bakının Nərimanov rayonu ərazisində yerləşən dönrəxanaların birində partlayışla nəticələnən yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Nəticədə 80 m² sahədə fəaliyyət göstərən kafenin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə və 1 ədəd kondisioner yanıb.

Yanğın zamanı kafedə olan 3 ədəd məişət qaz balonu (hər birinin tutumu 25 litr) yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO