Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub - FOTO/VİDEO

Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub - FOTO/VİDEO

Hazırda oxunan: Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub - FOTO/VİDEO
589556
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yeni ilin ilk günlərində Qusar rayonuna səfər edib.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva Qusar rayonunun Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin qonağı olub və “Kənd Həyatı” (Country Life Vlog) layihəsinin yeni buraxılışının çəkilişində iştirak edib.

Çəkilişlər zamanı Leyla Əliyeva bölgəyə məxsus məşhur milli yeməklərdən biri olan skanın hazırlanması prosesində ailə üzvləri ilə birlikdə iştirak edib.

O, ölkəmizin şimal bölgəsinə xas olan kənd həyat tərzi və milli mətbəx ənənələri ilə yaxından tanış olub.
 

Leyla Əliyeva Azərbaycanın zəngin kulinariya mədəniyyətinin təbliğində, ölkəmizin dünyanın müxtəlif ölkələrində tanıdılması və sevilməsi istiqamətində gördükləri işlərə görə Rəmixanovlar ailəsinə təşəkkürünü bildirib, onların bu əhəmiyyətli layihəsinə uğurlar arzulayıb.


Qeyd edək ki, “Kənd Həyatı” “YouTube” kanalı 8 milyondan çox izləyiciyə və 3 milyarda yaxın baxış sayına malikdir. Milli mətbəx nümunələrini və kənd həyatını əks etdirən paylaşımları ilə geniş populyarlıq qazanan Rəmixanovlar ailəsinin videoları təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində geniş izləyici auditoriyası tərəfindən maraqla qarşılanır.



Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub - FOTO/VİDEO - foto 1
Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub - FOTO/VİDEO - foto 2
Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub - FOTO/VİDEO - foto 3
Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub - FOTO/VİDEO - foto 4
Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub - FOTO/VİDEO - foto 5
Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub - FOTO/VİDEO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO