Bakı metrosunda yeni dövr: Nə qədər yol getsən, o qədər ödəyəcəksən

Bakı metrosunda yeni dövr: Nə qədər yol getsən, o qədər ödəyəcəksən

Hazırda oxunan: Bakı metrosunda yeni dövr: Nə qədər yol getsən, o qədər ödəyəcəksən
589463
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir.

Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər.

Bizim.Media xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli marja.az- a müsahibəsində tarif dəyişiklikləri haqqında danışarkən bildirib.
 

Departament rəhbəri qeyd edib ki, tarif dəyişikliyinin əsas məqsədi gəlirləri artırmaqdan daha çox, xidmətin təhlükəsizliyini, etibarlılığını və dayanıqlılığını təmin etməkdir.


“Yeni tarif çərçivəsində işarəvermə və enerji sistemlərinin təkmilləşdirilməsi, hərəkət qrafikinin daha sabit və çevik qurulması, intervalın azaldılması, o cümlədən 34 cüt qatarla istismar imkanlarının genişləndirilməsi və stansiyalarda xidmət keyfiyyətinin yüksəldilməsi kimi istiqamətlər prioritet təşkil edir. Görülən işlərin nəticələri növbəti maliyyə və fəaliyyət hesabatlarında əksini tapacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO