Bakıda bayram günü əkizlər doğuldu - Biri evdə, digəri xəstəxanada – FOTO

Bakıda bayram günü əkizlər doğuldu - Biri evdə, digəri xəstəxanada – FOTO

Hazırda oxunan: Bakıda bayram günü əkizlər doğuldu - Biri evdə, digəri xəstəxanada – FOTO
588507
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yeni ilin ilk günündə Nizami rayonu ərazisində çağırışa gedən təcili tibbi yardım briqadası ev şəraitində doğuş prosesini uğurla həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.
 

Bildirilib ki, çağırış ünvanında təcili tibbi yardım briqadası tərəfindən 37 həftəlik əkiz hamiləliyi olan qadının doğuş prosesi idarə olunub. Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra proses təcili tibbi yardım avtomobilində nəzarət altında davam etdirilib.


Briqada tərəfindən ana və yenidoğulmuş körpəyə (oğlan) zəruri ilkin tibbi yardım göstərildikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə olunub. Digər körpənin sağrı gəlişi müşahidə edildiyindən doğuş prosesi tibb müəssisəsində davam etdirilib və ikinci körpə qız dünyaya gəlib.

Yenidoğulmuş oğlan körpənin çəkisi 2 kq 450 qram, boyu 54 sm-dir. Ana və hər iki körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Bakıda bayram günü əkizlər doğuldu - Biri evdə, digəri xəstəxanada – FOTO - foto 1
Bakıda bayram günü əkizlər doğuldu - Biri evdə, digəri xəstəxanada – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO