Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO

Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO

Hazırda oxunan: Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO
588497
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub.

Bizim.Media xəbər verir ki, bayram tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Tədbir uşaqlar üçün əsl bayram ovqatında keçib. Şaxta baba və Qar qızın iştirakı ilə təşkil olunan proqram çərçivəsində uşaqlar şeirlər səsləndirib, mahnılar ifa edib, müxtəlif bədii kompozisiyalarla çıxış edərək bayram sevincini bölüşüblər.
 

Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, uşaqlar üçün formalaşdırılan sosial-psixoloji mühit, reabilitasiya və inkişafyönümlü xidmət modelləri ilə maraqlanıb, mərkəzin fəaliyyəti ilə bağlı ətraflı məlumat alıblar. Onlar uşaqlarla səmimi ünsiyyət quraraq onların istək və arzuları ilə maraqlanıb, bayram sevincini bölüşüblər.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bildirilib ki, “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi çətin həyat şəraitində olan, valideyn himayəsindən məhrum və risk qrupuna aid uşaqların təhlükəsiz, sağlam və qayğı ilə əhatə olunan mühitdə reabilitasiyasını, sosial adaptasiyasını və cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə fəaliyyət göstərir.

Qeyd olunub ki, uşaqların psixososial rifahının gücləndirilməsi və onların gələcək müstəqil həyata hazırlanması mərkəzin əsas prioritetləri sırasındadır.

Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub, onların Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayramları səmimi təbriklərlə qeyd edilib.

Tədbir çərçivəsində Leyla və Arzu Əliyevalar “AzərEnerji” ASC tərəfindən mərkəzin ehtiyacları nəzərə alınaraq hədiyyə edilən avtomaşına da baxış keçiriblər.
 

Qeyd olunub ki, nəqliyyat vasitəsi mərkəzin fəaliyyətinin operativliyinin artırılmasına, uşaqların müxtəlif reabilitasiya və sosial xidmətlərə çıxışının daha səmərəli təşkilinə töhfə verəcək.


Yekunda belə mərkəzlərin işinin gücləndirilməsi və fəaliyyət şəbəkəsinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 1
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 2
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 3
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 4
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 5
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 6
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 7
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 8
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 9
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 10
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 11
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 12
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 13
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 14
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 15
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 16
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 17
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 18
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 19
Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO - foto 20

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO