Cəbrayıl və Zəngilan rayonlarında ilk dəfə Yeni il Qış yarmarkası keçirildi - FOTO

Cəbrayıl və Zəngilan rayonlarında ilk dəfə Yeni il Qış yarmarkası keçirildi - FOTO

Hazırda oxunan: Cəbrayıl və Zəngilan rayonlarında ilk dəfə Yeni il Qış yarmarkası keçirildi - FOTO
588167
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Cəbrayıl şəhərində və Zəngilan rayonunun Ağalı kəndində sərgi-satış yarmarkası keçirilib. Yarmarka Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi xüsusi nümayəndəliyinin dəstəyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə ərsəyə gəlib.

Bizim.Media xəbər verir ki, Cəbrayıl şəhər meydanında və Zəngilanın Ağalı kənd parkında keçirilən yarmarkalarda Cəbrayıl və Zəngilan sakinləri iştirak ediblər. Burada yerli sakinlər tərəfindən hazırlanmış orqanik qidalar, kənd təsərrüfatı məhsulları, əl işləri təqdim olunub.
 

Yeni il musiqilərinin fonunda əylənən ziyarətçilər üçün soyuq qış havasında isti içkilər və qidalardan dadmaq imkanı yaradılıb. Sakinlər yarmarkanın müxtəlif hissələrində qurulmuş köşklərdə özlərinin hazırladıqları məhsulları satmaq imkanı da əldə ediblər. Ləziz təamların satışı ilə yanaşı, əl işləri və suvenirlərə də böyük maraq olub.


Yüksək əhvali-ruhiyyə ilə keçən yarmarkalar uşaqların sevdikləri rəngarəng nağıl personajları, canlı şoular və musiqili proqramlarla tamamlanıb.

Cəbrayıl və Zəngilan rayonlarında ilk dəfə Yeni il Qış yarmarkası keçirildi - FOTO - foto 1
Cəbrayıl və Zəngilan rayonlarında ilk dəfə Yeni il Qış yarmarkası keçirildi - FOTO - foto 2
Cəbrayıl və Zəngilan rayonlarında ilk dəfə Yeni il Qış yarmarkası keçirildi - FOTO - foto 3
Cəbrayıl və Zəngilan rayonlarında ilk dəfə Yeni il Qış yarmarkası keçirildi - FOTO - foto 4
Cəbrayıl və Zəngilan rayonlarında ilk dəfə Yeni il Qış yarmarkası keçirildi - FOTO - foto 5


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO