Binəqədidə kafenin fəaliyyəti DAYANDIRILDI - FOTO

Binəqədidə kafenin fəaliyyəti DAYANDIRILDI - FOTO

Hazırda oxunan: Binəqədidə kafenin fəaliyyəti DAYANDIRILDI - FOTO
588045
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakının Binəqədi rayonunda (metronun “Avtovağzal” stansiyasının ikinci çıxışı) fəaliyyət göstərən fiziki şəxs Vüsal Akif oğlu Süleymanova məxsus çadırtipli kafedə yoxlama aparıblar.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydaların pozulduğu aşkarlanıb.
 

Belə ki, qida obyektinin zibil yeşiklərinin yanında yerləşdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, məhsulların saxlanması üçün soyuducu və dondurucunun mövcud olmadığı, toyuq hissələrinin açıq şəraitdə saxlandığı, bəzi qidaların birbaşa döşəmənin üzərinə yığıldığı məlum olub.


Həmçinin qida məhsullarının, alət və ləvazimatların, eləcə də işçilərin əllərinin yuyulması üçün yuma çanaqlarının təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Yoxlama zamanı istehlaka hazır qidalardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb edilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, qida obyektinin fəaliyyəti dayandırılıb.

Binəqədidə kafenin fəaliyyəti DAYANDIRILDI - FOTO - foto 1
Binəqədidə kafenin fəaliyyəti DAYANDIRILDI - FOTO - foto 2
Binəqədidə kafenin fəaliyyəti DAYANDIRILDI - FOTO - foto 3
Binəqədidə kafenin fəaliyyəti DAYANDIRILDI - FOTO - foto 4
Binəqədidə kafenin fəaliyyəti DAYANDIRILDI - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO