Bazarlarda nar “böhranı” – Qiymətlər kəllə-çarxa QALXDI - FOTO

Bazarlarda nar “böhranı” – Qiymətlər kəllə-çarxa QALXDI - FOTO

Hazırda oxunan: Bazarlarda nar “böhranı” – Qiymətlər kəllə-çarxa QALXDI - FOTO
588019
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu il narın satış qiymətində nəzərə çarpacaq dərəcədə artım müşahidə olunur.

Bizim.Media-nın yerli bürosu narın qiymətini və bahalaşmasının  səbəblərini araşdırmaq üçün Yevlax və Beyləqan bazarlarına üz tutub.

Beyləqan bazarında nar satışı ilə məşğul olan Mahir Allahyarov deyib ki, qiymətlərin bu qədər artmasının səbəbi xarici bazarlarda nara olan təlabatın çox olmasıdır:

"Bu il əvvəlki  illərə nisbətən narın qiyməti çox yüksək olub. Keçən il payızda ən yaxşı narın kq-ı 0,80 qəpik- 1 manat aralığında dəyişirdisə, bu il 2 manat 50 qəpik - 3 manat arasında təşkil edir. Bunun da səbəbi xarici bazarlarda nara olan təlabatdır. Demək olar ki, narın 80 faizi xarici ölkələrə göndərilir. Bu da qiymətin artmasına səbəb olub".

Yevlax bazarında da narın qiyməti əl yandırır. Şəhər sakini Esmira Məmmədova narın qiymətinin artmasından şikayətlənib:
 

"Hər il bayramqabağı ən yaxşı narın qiyməti 2 manat olardı. Bu il isə qiymətlər 3.50- 4 manat arası dəyişir. Payızda da demək olar ki, qiymətlər buna bənzər idi. Nar mənim ən çox sevdiyim meyvələrdən sayılır. Təəssüflər olsun ki, bu il doyunca nar yeyə bilmədik. Hər il Yevlaxın öz kəndlərindən və qonşu rayonlardan Ağdaş, Göyçaydan bazara nar gətirilərdi. Bu il isə, demək olar ki, az gətirilir, oda “od” qiymətinə..."


Bundan başqa, sakinlər Yevlax və Beyləqan bazarlarında digər meyvə-tərəvəzin də kəskin şəkildə bahalaşdığından gileyləniblər. Biz də bazarda meyvə-tərəvəzin qiymətlərini öyrənməyə çalışdıq. Məlum oldu ki, iki gün öncə xiyarın 1 kiloqramı 2.30-2,50 AZN arası idisə, bu gün 5 manat, badımcan 1 manat 50 qəpik idisə, bu gün 4,50 AZN, pomidorun qiyməti 3,50, bibərin isə kilosu 3-4 manata təklif edilir. Eyni zamanda 1-1.50 AZN-ə satılan alma son günlərdə 2,50-3 manat, portağalın qiyməti 2-2,50, narın qiyməti 3 manatdan, 5 manata qədər dəyişir.

Bir sözlə, yeni il qabağı Yevlax və  Beyləqan bazarlarında qiymətlər kəllə-çarxa çıxıb.

Bazarlarda nar “böhranı” – Qiymətlər kəllə-çarxa QALXDI - FOTO - foto 1
Bazarlarda nar “böhranı” – Qiymətlər kəllə-çarxa QALXDI - FOTO - foto 2
Bazarlarda nar “böhranı” – Qiymətlər kəllə-çarxa QALXDI - FOTO - foto 3

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO