Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO

Hazırda oxunan: Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO
587739
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Dövlət Pantomim Teatrında dünya dramaturgiyasının klassik nümunələrindən olan Vilyam Şekspirin “Romeo və Cülyetta” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Bizim.Media xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Səhnə əsəri Ölüm və Həyat obrazlarının timsalında bu iki anlayışın əbədi mübarizəsini simvolik səhnə həlləri və plastik ifadə vasitələri ilə təqdim edib.

“Romeo və Cülyetta”da obrazları Əməkdar artistlər Bəhruz Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Elnur İsmayılov, Əli Əlizadə, Nuridə Musabəyli və digərləri canlandırıblar.

Səhnə əsərinin quruluşu və musiqi tərtibatı Ceyhun Dadaşova məxsusdur. Tamaşanın müddəti 55 dəqiqədir.

Plastik-portret janrında qurulan tamaşada ironik münasibət də diqqət çəkib.

Səhnə əsəri Azərbaycan Dövlət Pantomim Teatrının klassik dramaturgiyanın müasir plastik dildə yenidən düşünülməsinə yönəlmiş yaradıcılıq axtarışlarının növbəti nümunəsidir.

Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO - foto 1
Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO - foto 2
Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO - foto 3
Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO - foto 4
Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO - foto 5
Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO