Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO

Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO

Hazırda oxunan: Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO
587734
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün axşam saatlarından başlayaraq qərb bölgəsində soyuq və qarlı hava hökm sürür.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, günün ikinci yarısından etibarən Gəncədə güclü külək əsməyə və yağış yağmaya başlayıb.

Bölgənin Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında, xüsusən də dağlıq ərazilərdə hazırda da güclü qar yağmaqda davam edir. Bəzi yerlərdə qarın qalınlığı 5-7 sm, dağlıq ərazilərdə isə 15 santimetrə çatmaqdadır.

Hazırda Gəncə-Toğanalı-Kəlbəcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində yollar buz bağlayıb. Hazırda Gədəbəy rayonunun Qoşabulaq kəndinə şiddətli qar yağır. Qarın qalınlığı 15 santmetrə çatıb. Rayon mərkəzi ilə kəndi birləşdirən avtomobil yolunda hərəkətin təminatı istiqamətində işlər davam etdirilir.

Gədəbəylə yanaşı Tovuz, Qazax rayonlarının ucqar kəndlərində də qar yağır.



Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO - foto 1
Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO - foto 2

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO