Bu il Azərbaycanda 63 kişi arvadı tərəfindən DÖYÜLÜB

Bu il Azərbaycanda 63 kişi arvadı tərəfindən DÖYÜLÜB

Hazırda oxunan: Bu il Azərbaycanda 63 kişi arvadı tərəfindən DÖYÜLÜB
587553
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin 11 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ümumilikdə 512 müraciət daxil olub.

Bizim.Media xəbər verir ki, bunu “yenisabah.az”ın sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

Onun sözlərinə görə, müraciət edənlərdən 63 nəfər kişi, 433 nəfəri qadındır:

“15 müraciət isə birbaşa uşaqlar tərəfindən ünvanlanıb. Bütün bunlar vətəndaşların Dövlət Komitəsinə olan etimadının və müraciət mexanizmlərinin əlçatanlığının göstəricisidir”.
 

T.Mərdanoğlu söyləyib ki, daxil olan bütün müraciətlər operativ şəkildə qeydiyyata alınaraq nəzarətə götürülüb, mahiyyətinə uyğun olaraq aidiyyəti dövlət orqanlarına və qurumlarına yönləndirilib:


“Hər bir müraciət üzrə ətraflı araşdırmalar aparılıb, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Dövlət Komitəsi tərəfindən vətəndaş müraciətlərinə həssas və fərdi yanaşma təmin edilib, ailə, qadın və uşaq hüquqlarının qorunması, sosial problemlərin aradan qaldırılması və risk qrupunda olan şəxslərin müdafiəsi prioritet istiqamət kimi diqqətdə saxlanılıb. Bu fəaliyyətlər dövlətin sosial siyasətinin əsas tərkib hissəsi olaraq 2025-ci il ərzində də ardıcıl şəkildə davam etdirilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO