Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO

Hazırda oxunan: Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO
587263
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Mərkəzi Nəbatat bağında uşaqlar üçün bayram şənliyi təşkil olunub.

Bizim.Media xəbər verir ki, tədbir Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə internat evlərində yaşayan azyaşlılar üçün keçirilib.

Bayram proqramı çərçivəsində balacalar üçün əyləncəli tədbirlər, oyunlar və musiqili proqramlar təqdim edilib. Uşaqlara müxtəlif hədiyyələr paylanıb.

Sonra Leyla Əliyeva uşaqlarla birlikdə IDEA İctimai Birliyinin “Şəhər ekologiyası” (“Urban Ecology”) layihəsi çərçivəsində Mərkəzi Nəbatat bağının ərazisinə Bakı Zooloji Parkında çoxaldılmış 10 sincab buraxıb.
 

“Şəhər ekologiyası” layihəsi şəhər mühitinə xas olan və keçmişdə geniş yayılmış fauna növlərinin qorunmasına və qaytarılmasına yönəlib. Sincabların məhz bu əraziyə buraxılmasında digər məqsəd onların Nəbatat bağı ərazisində təbii şəkildə çoxalmasıdır.


Keçmişdə Bakı şəhəri ərazisində çoxsaylı sincab və digər heyvan növləri məskunlaşıb, onlar parklarda, yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında sərbəst dolaşıb.

Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalıb.

Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, xüsusən də IDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb.

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO - foto 1
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO - foto 2
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO - foto 3
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO - foto 4
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO - foto 5
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO - foto 6
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO - foto 7
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO - foto 8
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO - foto 9
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO - foto 10
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO - foto 11
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO - foto 12
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO - foto 13
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO - foto 14
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO - foto 15
Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO - foto 16

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO