Qripdən qorunmağın təsirli YOLLARI

Qripdən qorunmağın təsirli YOLLARI

Hazırda oxunan: Qripdən qorunmağın təsirli YOLLARI
586852
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qış aylarında kəskin respirator virus infeksiyaları artır. Xüsusilə mövsümi qrip hallarında əhəmiyyətli dərəcədə artım müşahidə olunur.

Bizim.Media xəbər verir ki, türk həkim, Dosent Dr. İsmayıl Öndər Uysal qripdən qorunmağın üsullarını açıqlayıb.
 

O bildirib ki, qrip adətən yüngül olsa da, bəzi simptomlar gündəlik həyata mənfi təsir göstərə bilər.


Yüksək qızdırma, əzələ ağrıları və güclü yorğunluq gündəlik həyatı çətinləşdirir. Risk altında olanlarda pnevmoniya kimi ağırlaşmalar yarana bilər.

Qripdən qorunmaq üsulları

Qrip virusu təmas yolu ilə sürətlə yayılır. Əllər 20 saniyə ərzində sabun və su ilə yuyulmalıdır. 70% spirt tərkibli əl dezinfeksiyaedici vasitədən istifadə yoluxma riskini əhəmiyyətli dərəcədə azaldır. Qapalı məkanlarda maska taxmaq vacibdir.

Viruslar izdihamlı və zəif havalandırılan mühitlərdə sürətlə yayılır. Cərrahi maskalar həm taxanı, həm də ətrafındakıları qoruyur.

İmmunitet sisteminin gücləndirilməsi xəstəliklərdən qorunma təmin edir. Balanslı qidalanma və kifayət qədər yuxu vacibdir.

Siqaret və spirtli içki istehlakı azaldılmalıdır. Qapalı məkanların havalandırılması da vacib bir tədbirdir.
 

Qrip simptomları başlayanda evdə qalmaq vacibdir. Xəstə insanlarla təmasdan çəkinmək lazımdır.


Uysal həmçinin, qrip simptomları zamanı burun tıkanıklığının sinusitə səbəb ola biləcəyini bildirib. Müalicə üçün həkimə müraciət etmək vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO