Bakıda məktəbdə qorxulu anlar: Boğulan şagird belə xilas edildi – ANBAAN VİDEO

Bakıda məktəbdə qorxulu anlar: Boğulan şagird belə xilas edildi – ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda məktəbdə qorxulu anlar: Boğulan şagird belə xilas edildi – ANBAAN VİDEO
586560
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhərində yerləşən orta məktəblərdən birində boğulma təhlükəsi ilə üzləşən şagird vaxtında göstərilən yardım sayəsində xilas olunub.

Bizim.Media xəbər verir ki, hadisə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 112 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinfində qeydə alınıb.
 

Belə ki, şagird yemək zamanı boğazında çörək parçasının qalması nəticəsində çətin vəziyyətə düşüb. Hadisə anında müəllimlər dərhal müdaxilə edib. Onlarla yanaşı, məktəbdə olan valideynlərdən biri də kömək göstərməyə çalışıb.


Təcili tibbi yardım briqadası gələnədək məktəbin “Daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə” komissiyasının üzvü olan həmin valideyn operativ və düzgün müdaxilə edərək şagirdin həyatını xilas edib.

Qeyd edək ki, hadisə məktəbin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. (Mənbə: “Azərbaycan müəllimi”)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO