Əhməd İsmayılov Burhanettin Duranla görüşdü – FOTO

Əhməd İsmayılov Burhanettin Duranla görüşdü – FOTO

Hazırda oxunan: Əhməd İsmayılov Burhanettin Duranla görüşdü – FOTO
586450
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə Forumu” çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.
 

Görüş zamanı vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında media sahəsində formalaşmış strateji tərəfdaşlıq dezinformasiya ilə mübarizə istiqamətində ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirilir. 


Qeyd olunub ki, müasir informasiya mühitində saxta və manipulyativ məzmunların sürətlə yayılması ictimai rəyə və regional sabitliyə ciddi təsir göstərir, bu isə türk dövlətləri arasında koordinasiyalı, institusional və davamlı əməkdaşlığın gücləndirilməsini zəruri edir.

Bu kontekstdə Türkiyə–Azərbaycan Media Platformasının birgə fəaliyyət, operativ informasiya mübadiləsi və vahid mövqenin formalaşdırılması baxımından effektiv mexanizm olduğu xüsusi olaraq diqqətə çatdırılıb.

Eyni zamanda bildirilib ki, informasiya axınlarının intensivləşdiyi şəraitdə media sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı dialoqun dərinləşdirilməsi və peşəkar əməkdaşlığın təşviqi mühüm əhəmiyyət kəsb edir.

Media və kommunikasiya sahəsində mövcud çağırışların müzakirəsi, praktik həll yollarının müəyyənləşdirilməsi və birgə yanaşmaların formalaşdırılmasının gələcəkdə daha da intensiv şəkildə həyata keçiriləcəyinə əminlik ifadə edilib.

Əhməd İsmayılov Burhanettin Duranla görüşdü – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO