DİN şagirdlərə satılan o məhsulu araşdırır - AÇIQLAMA

DİN şagirdlərə satılan o məhsulu araşdırır - AÇIQLAMA

Hazırda oxunan: DİN şagirdlərə satılan o məhsulu araşdırır - AÇIQLAMA
586135
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, məktəblilər arasında “snus” adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb.

Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Qafqazinfo-ya bildirib ki, “Snus” adlandırılan məhsulun tərkibi və hüquqi statusu ilə araşdırmalar aparılır:

“Hazırda bu məhsulun narkotik vasitə və ya psixotrop maddə kimi qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış ekspert rəyi yoxdur.
 

Bununla belə, tərkibində nikotin olan məhsulların, tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satışı qanunvericiliyin tələblərinə ziddir və polis orqanları tərəfindən bu istiqamətdə profilaktik və nəzarət tədbirləri həyata keçirilir.


Zərərli vərdişlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən ticarət obyektlərində və məktəblər ətrafında müvafiq yoxlama və nəzarət fəaliyyəti davam etdirilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO