Xocalının iki kəndinə 85 nəfər qayıtdı - FOTO

Xocalının iki kəndinə 85 nəfər qayıtdı - FOTO

Hazırda oxunan: Xocalının iki kəndinə 85 nəfər qayıtdı - FOTO
585841
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 16-da Xocalı rayonunun Seyidbəyli və Təzəbinə kəndlərinə keçmiş məcburi köçkünlərin növbəti köçü olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, bu mərhələdə ümumilikdə 85 nəfərdən ibarət 20 ailə doğma yurduna dönüb. Ailələrdən 10-u, yəni 41 nəfəri Seyidbəyli kəndində, digər 10 ailə, 44 nəfər isə Təzəbinə kəndində yeni bərpa edilən yaşayış evləri ilə təmin olunub.

Mənzillərin açarlarının təqdimatında çıxış edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, azad edilmiş ərazilərdə yaşayışın bərpası və dayanıqlı məskunlaşmanın təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Onun sözlərinə görə, hər iki kənddə müasir infrastruktur yaradılıb, sakinlərin sosial rifahının yüksəldilməsi və məşğulluğunun təmin olunması üçün zəruri şərait formalaşdırılıb.

Qeyd olunub ki, Seyidbəyli və Təzəbinə kəndlərində bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir, yaşayış evləri ilə yanaşı, məktəb, sosial obyektlər, mühəndis-kommunikasiya xətləri və yol infrastrukturu istifadəyə verilib.

Xocalının iki kəndinə 85 nəfər qayıtdı - FOTO - foto 1
Xocalının iki kəndinə 85 nəfər qayıtdı - FOTO - foto 2
Xocalının iki kəndinə 85 nəfər qayıtdı - FOTO - foto 3
Xocalının iki kəndinə 85 nəfər qayıtdı - FOTO - foto 4
Xocalının iki kəndinə 85 nəfər qayıtdı - FOTO - foto 5
Xocalının iki kəndinə 85 nəfər qayıtdı - FOTO - foto 6
Xocalının iki kəndinə 85 nəfər qayıtdı - FOTO - foto 7


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO