Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK

Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK

Hazırda oxunan: Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK
584848
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Həsən bəy Zərdabi küçəsi ilə Heydər Hüseynov küçəsinin kəsişməsində mübahisəli vəziyyətin aradan qaldırılması, növbəli hərəkətin təşkili və piyadaların qeyd olunan küçələrdə təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi məqsədi ilə yeni layihə icra olunur.

Bizim.Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
 

Bildirilib ki, buna qədər Heydər Hüseynov küçəsindən metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkət olmadığından sürücülər bu küçədən gəlib sağa dönərək Məmmədşərif Həmidov küçəsini keçdikdən sonra geriyə dönmək məcburiyyətində qalırdılar. Sözügedən trayektoriya uzun məsafə qət edilməsinə və əlavə vaxt itkisinə səbəb olurdu.


Bundan əlavə, həmin ərazidə piyada keçidi olmadığından piyadaların təhlükəsizliyi təmin olunmurdu.

Yeni layihəyə əsasən, sözügedən kəsişməyə işıqfor obyektləri quraşdırılır. Bundan əlavə, Heydər Hüseynov küçəsindən metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkət təmin edilir.
 

Rəqəmsal əkiz simulyasiyalarından istifadə edilərək hazırlanmış layihədə nəzərdə tutulan dəyişikliklər icra edilərək, piyada və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunur, eləcə də piyadaların mobillik ehtiyacları qarşılanır.


Yeni layihəyə əsasən, sözügedən kəsişməyə işıqfor obyektləri quraşdırılır.

Bundan əlavə, Heydər Hüseynov küçəsindən metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkət təmin edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO