Yanğında ölənlərdən biri köməyə gələn qonşu imiş - Kombi partlayıbmış – FOTO

Yanğında ölənlərdən biri köməyə gələn qonşu imiş - Kombi partlayıbmış – FOTO

Hazırda oxunan: Yanğında ölənlərdən biri köməyə gələn qonşu imiş - Kombi partlayıbmış – FOTO
583958
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lökbatan qəsəbəsinin “Qobu Park-1” yaşayış massivində baş verən yanğında həlak olanlarlardan ikisi uşaqdır.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, partlayışa mənzildəki kombinin partlaması səbəb olub.
 

MÖVZU İLƏ BAĞLI:

Lökbatanda DƏHŞƏTLİ YANĞIN – Dörd nəfər həyatını itirdi – VİDEO


Hadisə nəticəsində eyni evdə yaşayan iki məktəbli və onların anası ölüb.

Təxminən 65–70 yaşlarında olan bir kişi isə qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib. Onun arxasınca gələn həyat yoldaşının isə tüstüdən zəhərlənərək xəstəxanaya çatdırıldığı bildirilir.
 

Qeyd edək ki, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verib.


Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib, 4 nəfər isə müxtəlif xəsarətlər alıb.

Yanğında ölənlərdən biri köməyə gələn qonşu imiş - Kombi partlayıbmış – FOTO - foto 1
Yanğında ölənlərdən biri köməyə gələn qonşu imiş - Kombi partlayıbmış – FOTO - foto 2
Yanğında ölənlərdən biri köməyə gələn qonşu imiş - Kombi partlayıbmış – FOTO - foto 3
Yanğında ölənlərdən biri köməyə gələn qonşu imiş - Kombi partlayıbmış – FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO