Məsim Məmmədov: “Gələn il Laçında yeni yaşayış məhəllələri inşa ediləcək”

Məsim Məmmədov: “Gələn il Laçında yeni yaşayış məhəllələri inşa ediləcək”

Hazırda oxunan: Məsim Məmmədov: “Gələn il Laçında yeni yaşayış məhəllələri inşa ediləcək”
583112
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Laçın rayonunun Şəlvə və Pircahan kəndlərində bərpa-tikinti işlərinin 2026-cı ildə başlaması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin Yeni Qorçu qəsəbəsində artıq söküntü işlərinə başlanıldığını və gələn ildən orada da tikinti prosesinin start götürəcəyinə ümid etdiklərini bildirib.

Prezidentin xüsusi nümayəndəsi Laçın şəhərində 2023-cü ildə təməli qoyulan yeni yaşayış məhəlləsinin layihələndirmə işlərinin də artıq yekunlaşdığını vurğulayıb.
 

O əlavə edib ki, gələn il yeni yaşayış məhəllələrinin tikintisi planlaşdırılır. Həmçinin, Laçın şəhərində yeni obyektlərin istifadəyə verilməsi gözlənilir.


Xüsusi nümayəndə Güləbird kəndində də bərpa-tikinti işlərinin davam etdiyini diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO