Paytaxtda və bölgələrdə kənd yumurtası kəskin BAHALAŞDI - VİDEO

Paytaxtda və bölgələrdə kənd yumurtası kəskin BAHALAŞDI - VİDEO

Hazırda oxunan: Paytaxtda və bölgələrdə kənd yumurtası kəskin BAHALAŞDI - VİDEO
583055
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kənd yumurtası bahalaşıb.

Bizim.Media xəbər verir ki, İsmayıllı bazarında hazırda bir ədəd kənd yumurtası 40 qəpiyə satılır.

Satıcıların sözlərinə görə, onlar yumurtanı kənd sakinlərindən 35 qəpiyə alırlar və cəmi 5 qəpik qazanc əldə edirlər.

Kəndlilər qiymət artımını istehsal xərclərinin çoxalması ilə əlaqələndirirlər. Bildirilir ki, toyuqlar üçün alınan arpa və digər yem məhsullarının qiyməti yüksəldiyindən yumurtanın da qiyməti artır.

Digər səbəb isə kənd yumurtasının qış aylarında az olmasıdır.

Alıcılar isə qiymət yüksək olsa da, kənd yumurtasına üstünlük verdiklərini deyirlər.

Şəkidə isə kənd toyuğu yumurtasının qiyməti iki dəfə artaraq 50 qəpik olub, bununla yanaşı bazarlarda kənd yumurtası tapmaq da olmur.

Paytaxt bazarlarında da kənd yumurtasını tapmaq müşkülə çevrilib.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO