Milli Qəhrəmanın anası vəfat etdi – FOTO

Milli Qəhrəmanın anası vəfat etdi – FOTO

Hazırda oxunan: Milli Qəhrəmanın anası vəfat etdi – FOTO
581323
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Qəhrəman Ərəstun Mahmudovun anası vəfat edib.

Bizim.Media xəbər verir ki, şəhidin anası Sufayi Mahmudova yaşadığı İsmayıllı rayonunun Pirəbilqasım kəndində 90 yaşında dünyasını dəyişib.

Onun uzun müddətdir səhhətindəki problemlərdən əziyyət çəkdiyi bildirilib.
 

Qeyd edək ki, Ə.Mahmudov 1957-ci ildə anadan olub, Leninqrad vilayətində Mülki Aviasiya Məktəbini bitirib. O, Birinci Qarabağ müharibəsində helikopterin bort mexaniki kimi iştirak edib.


Onun cəbhəyə son uçuşu 1992-ci ilin yanvarın 28-də olub. Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən Mi-8 helikopteri erməni quldurları tərəfindən raketlə vurulub.

Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak olub.

Milli Qəhrəmanın oğlu, bort operatoru olan Elnur Mahmudov da atasının taleyini yaşayıb.
 

Belə ki, 30 yaşlı E.Mahmudov 2011-ci ilin iyulun 6-da Azərbaycan yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində həlak olub.


O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib. (Qafqazinfo.az)

Milli Qəhrəmanın anası vəfat etdi – FOTO - foto 1
Milli Qəhrəmanın anası vəfat etdi – FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO