
- A-
- A
- A+
Sumqayıtın bu ərazilərində içməli su olmaycaq
Sumqayıt şəhərinin bir hissəsində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar 19 noyabr tarixində səhər saat 10:00-dan axşam saatlarınadək 1-2-3-4, 5-6, 7-8-12, 14, 15-17, 16-18, 19-20-21, 29-30-32, 39, 40, 41, 42, 41A, 43-44-46, 4-cu məhəllələrdə, Qızılqum yaşayış massivi, İnşaatçılar qəsəbəsi, Sənaye məhəlləsi, Baxçaşəhər, Sülh, Xəzər sahili küçələrində, 1-ci mikrorayonun bir hissəsi, 3-cü və 4-cü mikrorayonun bir hissəsi, 8,9,10-cu mikrorayonlarda suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































