Gənc qızı komaya salan həkim İŞ BAŞINDA – ÖZƏL/FOTOFAKT

Gənc qızı komaya salan həkim İŞ BAŞINDA – ÖZƏL/FOTOFAKT

Hazırda oxunan: Gənc qızı komaya salan həkim İŞ BAŞINDA – ÖZƏL/FOTOFAKT
581141
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu il aprelin 30-da "MedAura" klinikasında burun əməliyyatı zamanı Nigar İlham qızı Budaqlının koma vəziyyətinə düşməsinə səbəb olduğu iddia edilən lor-cərrah Yaqub Əsədi fəaliyyətini başqa klinikada davam etdirir. Ekspertiza rəyi nəticəsində Yaqub Əsədinin təqsiri sübuta yetirilsə də, həkim kimi çalışmağa davam edir.
 

MÖVZU İLƏ BAĞLI:

Nigarı komaya salan “MedAura”nın həkimləri İŞ BAŞINDA – “Təqsirləri sübut edilib, amma həbs olunmurlar” -VİDEO


Bizim.Media-nın araşdırmasına görə, Yaqub Əsədi hazırda “New Med” klinikasında pasiyent qəbul edir. Onun əməliyyatlarının qiyməti isə 1 500 manatdan başlayır.

Qeyd edək ki, Nigar Budaqlı əməliyyatdan sonra koma (kliniki ölüm) vəziyyətinə düşüb. Yaxınlarının bildirdiyinə görə, əməliyyatı cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva həyata keçirib. Artıq 6 aydır koma vəziyyətində olan N. Budaqlının ailəsi həkimlərin məsuliyyət daşımasını və dəymiş ziyanın ödənilməsini tələb edir. Lakin onlar iddia edirlər ki, hər iki həkim bu məsuliyyətdən yayınır.


Xatırladaq ki, Yaqub Əsədinin köməkçisi daha əvvəl saytımıza açıqlamasında onun İranda olduğunu və heç bir cərrahi əməliyyat icra etmədiyini bildirmişdi.

Gənc qızı komaya salan həkim İŞ BAŞINDA – ÖZƏL/FOTOFAKT - foto 1

Naibə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO