DİN: Toy karvanında yola pul səpilməsi ilə bağlı əmələ hüquqi qiymət veriləcək - FOTO

DİN: Toy karvanında yola pul səpilməsi ilə bağlı əmələ hüquqi qiymət veriləcək - FOTO

Hazırda oxunan: DİN: Toy karvanında yola pul səpilməsi ilə bağlı əmələ hüquqi qiymət veriləcək - FOTO
580602
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Qubada toy karvanında bəzi sürücülərin avtoxuliqanlıq etməsi və yola pul səpməsi ilə bağlı görüntülər yayılıb.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülər araşdırılır.

O qeyd edib ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək:

“İstər toy karvanlarında, istərsə də digər hallarda qaydaları pozan, digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücülər barəsində inzibati xəta tərkibi üzrə protokollar tərtib olunur və qanunvericiliyə uyğun tədbirlər görülür”.

DİN: Toy karvanında yola pul səpilməsi ilə bağlı əmələ hüquqi qiymət veriləcək - FOTO - foto 1

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO