Avropa İttifaqının casus misssiyası Qazax rayonunun sərhədində - FOTO

Avropa İttifaqının casus misssiyası Qazax rayonunun sərhədində - FOTO

Hazırda oxunan: Avropa İttifaqının casus misssiyası Qazax rayonunun sərhədində - FOTO
580417
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqının Ermənistandakı kəşfiyyat-nəzarət missiyasının üzvləri (casus missiyası – red.) Azərbaycanla sərhəddə yerləşən ərazilərdə “əməliyyatlarını” davam etdirirlər.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat missiyanın X sosial şəbəkəsindəki səhifəsində paylaşılıb.

“İcevan bazamızda Niderland Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Karolin Ramakersin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyimiz üçün qürur duyuruq və onları Tavuş vilayətindəki (Qazax rayonu ilə sərhəddə - red.) əməliyyat bölgəmizlə tanış edirik.

Niderland kontingenti EUMA tərkibində ən böyük qruplardan biridir,14 nəfərdən ibarətdir.

Avropa İttifaqının Ermənistandakı missiyasına verdiyiniz daimi dəstəyə görə sizə təşəkkür edirik,
Niderland!” — deyə açıqlamada bildirilir.

Avropa İttifaqının casus misssiyası Qazax rayonunun sərhədində - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO