Emin Əmrullayev: “5-10 nəfər şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək mümkün deyil”

Emin Əmrullayev: “5-10 nəfər şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək mümkün deyil”

Hazırda oxunan: Emin Əmrullayev: “5-10 nəfər şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək mümkün deyil”
580377
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Biz tələbə kreditlərinin çox olmasını istəyirik. Bundan əlavə, biz tələbə kreditlərini tələbələrin digər xərclərinə yönəldə bilərik. Belə olduqda daha az tələbəyə kredit verə bilərik. Seçim bundan ibarətdir ki, yalnız təhsil haqqını ödəməklə daha çox tələbəni əhatə etmək, yoxsa qida xərclərini də ödəməklə daha az tələbəni əhatə etmək. Bu, balanslaşdırılmış yanaşmadır”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deputatların suallarını cavablandırarkən deyib.

Nazir məktəblərin ixtisarlaşmasının davam edəcəyini bildirib:

“Biz bunu ixtisar yox, səmərəlilik yanaşması adlandırırıq. 5-10 nəfər şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək mümkün deyil. Bir sinifdə 2 uşaq varsa, biz musiqi dərsini, xoru necə keçək?! Şagirdin gələcək həyatına 10 nəfərlik məktəb necə təsir edəcək?

Başa düşürəm ki, 10 nəfərlik şagird təhsil alanda orada 20 nəfər işləyir. Bizim işimiz təhsildir, çalışırıq ki, keyfiyyət olaraq təhsili inkişaf etdirək. Bir sinifdə1 uşaq da, 40 uşaq da olanda təhsil xərcləri 20-25 min manat arasında dəyişir. Biz həmin uşağı başqa yerdə gətirib daha keyfiyyətli təhsil verə bilərik”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO