Bakının bu prospektində hərəkət hissə-hissə məhdudlaşdırılacaq - SƏBƏB

Bakının bu prospektində hərəkət hissə-hissə məhdudlaşdırılacaq - SƏBƏB

Hazırda oxunan: Bakının bu prospektində hərəkət hissə-hissə məhdudlaşdırılacaq - SƏBƏB

58014

Sabahdan başlayaraq Bakının Xətai rayonunun 8 noyabr prospektində hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bizim.Media bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, prospekt boyunca asfalt-beton örtüyünün deformasiyaya uğramış hissələrinin təmiri davam etdiriləcək.

İşlərin aparıldığı müddətdə prospektdə hərəkət iş aparılan zolaq üzrə (digər hərəkət zolaqları açıq qalacaq) hissə-hissə məhdudlaşdırılacaq.

"Bu üzdən sürücülərdən prospektdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə qurum bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO