Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO

Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO
579546
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər.

Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib.


Dövlət başçısı paradda çıxış edib.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Daha sonra Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış edib.

Dövlət başçılarının çıxışlarından sonra Hərbi parad başlayıb.

Hərbi parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edib.
 

Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət Bayrağı altında tribunaya doğru irəliləyib. Dövlət Bayrağının ardınca Azərbaycan Ordusunun və hərbi əməliyyatlarda xüsusilə fərqlənən birləşmələrin Döyüş bayraqları “Vətənə xidmətə görə” ordenli general-mayor Vüqar Əliverdiyevin başçılığı ilə Azadlıq meydanına gətirilib.


Daha sonra hərbi texnikaların keçidi olub.

Ardınca Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri Hərbi parad üçün Xəzər dənizinin sahil sularında yüksək döyüş hazırlığı nümayiş etdirib.

Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu olub.


Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 1
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 2
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 3
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 4
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 5
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 6
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 7
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 8
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 9
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 10
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 11
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 12
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 13
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 14
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 15
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 16
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 17
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 18
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 19
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 20
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 21
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 22
Bakıda Hərbi parad keçirildi – FOTO/VİDEO - foto 23


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO